İsrail telekanlı Ermənistanı Azərbaycan bayrağı ilə təqdim etdi - Foto

İsrail telekanlı Ermənistanı Azərbaycan bayrağı ilə təqdim etdi - Foto Dünya

İsrailin dövlət televiziya kanalı Kan 11 “Eurovision” yarımfinalının yayımlanması zamanı Ermənistan və Azərbaycanı eyni bayraq altında, yəni Azərbaycanın üçrəngli bayrağı ilə göstərib.

News24.az xəbər verir ki, bu hadisə İsraildəki Petah-Tikva şəhərindəki erməni icması arasında geniş rezonans və narazılıq doğurub.

Qeyd edək ki, eyni kanalda 2025-ci ildə də oxşar insident baş verib. “Eurovision”da erməni iştirakçının çıxışından sonra aparıcı “inanmıram ki, bu adamlara Yerusəlimdə bütöv bir məhəllə vermişik” ifadəsini işlədib. Daha sonra Kan 11 ictimai şəkildə üzr istəyib. /Sputnik Ermənistan/

İsrail telekanlı Ermənistanı Azərbaycan bayrağı ilə təqdim etdi - Foto