İsrail yenidən İrana hücum edə bilər?

İsrail yenidən İrana hücum edə bilər? Dünya

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana təkrar zərbələr endirmək üçün yeni bir seçim təqdim edəcək.

News24.az xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.

“İsrail lideri Trampa ABŞ üçün seçimlər təqdim edəcək: istənilən yeni hərbi əməliyyatlarda iştirak etmək və ya yardım göstərmək”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, dekabrın 29-da Floridada keçirilməsi planlaşdırılan görüşdə İsrailin Baş naziri ABŞ Prezidentinə İranın birbaşa təhlükə yaradan və təcili tədbirlər tələb edə biləcək ballistik raket proqramını genişləndirməsinə dair dəlillər təqdim edəcək.

Mənbələrə görə, İsrail rəsmiləri iyun ayında ABŞ-nin hücumlarına məruz qalan İranın nüvə obyektlərini yenidən qurmasından da narahatdırlar. Onlar əlavə ediblər ki, Trampın fikrincə, İranın hərəkətləri təkcə İsrail üçün deyil, həm də ABŞ-nin maraqları da daxil olmaqla bütün bölgə üçün təhlükə yaradacaq.