"Belə fəlakət olmamışdı!" — Lapid Netanyahu haqqında ağır danışdı
Dünya
İsrailin keçmiş baş naziri Yair Lapid ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasına görə hazırkı hökumət başçısı Benyamin Netanyahunun siyasətini kəskin tənqid edib.
News24.az xəbər verir ki, Lapid mövcud vəziyyəti ölkə üçün "siyasi fəlakət" adlandırıb.
“Bütün tariximiz ərzində belə bir siyasi fəlakət olmamışdı. İsrail milli təhlükəsizliyimizin əsasını təşkil edən məsələlərlə bağlı qərarlar qəbul edilərkən belə masada yox idi", — deyə keçmiş baş nazir “X” sosial şəbəkəsində yazıb.
Siyasətçinin sözlərinə görə, hərbçilər onlardan tələb olunan hər şeyi yerinə yetirib, cəmiyyət inanılmaz dözümlülük göstərib, lakin Netanyahu siyasi baxımdan uğursuzluğa düçar olub, strateji uğursuzluq yaşayıb və özünün qarşıya qoyduğu heç bir məqsədə çatmayıb.
Lapidin fikrincə, Netanyahunun təkəbbürü, səhlənkarlığı və strateji planlaşdırmanın olmaması səbəbindən ölkəyə vurulan siyasi və strateji ziyanı düzəltmək üçün illər lazım olacaq.