İsrailin Livana hava zərbəsi nəticəsində təhlükəsizlik xidmətinin 13 əməkdaşı öldü

İsrailin Livana hava zərbəsi nəticəsində təhlükəsizlik xidmətinin 13 əməkdaşı öldü Dünya

Livan Prezidenti Jozef Aun bildirib ki, cənubdakı Nəbatiyə şəhərində hökumət binasına İsrailin endirdiyi zərbə nəticəsində dövlət təhlükəsizlik xidmətinin 13 əməkdaşı ölüb.

News24.az xəbər verir ki, ərazidə xilasetmə işləri aparılır.

Öz bəyanatında Aun davam edən İsrail hücumlarını qınayıb və qeyd edib ki, dövlət qurumlarına zərbələrin endirilməsi Livanın öz suverenliyini qorumasına mane olmayacaq. (Report)