İsrailin Livana hücumu nəticəsində daha 9 nəfər öldü

İsrailin Livana hücumu nəticəsində daha 9 nəfər öldü Dünya

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubundakı Səidə şəhəri yaxınlığındakı Saksakiya kəndinə zərbə endirib, nəticədə 9 nəfər həlak olub, 15 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, sərhəd bölgələrindən olan qaçqın ailəsinin yaşadığı evlərdən birinə raket zərbəsi endirilib. Üç uşaq da daxil olmaqla, bütün ailə üzvləri həlak olub.

Xilasedicilər dağıntıları təmizləməyə davam etdikləri üçün qurbanların və yaralıların sayının arta biləcəyi bildirilir. (Trend)