İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötdü

İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 600-ü ötdü Dünya

Eskalasiya başlayandan bəri İsrailin Livana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 634-ə çatıb, onlardan 91-i uşaqdır.

News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin hücumları nəticəsində ölənlərin sayı 634 nəfərə çatıb, onlardan 91-i uşaqdır, 1 586 nəfər isə yaralanıb", - nazirliyin bəyanatında bildirilib. (Report)