İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI
Dünya
İsrailin martın 2-dən etibarən Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 1189 nəfərə çatıb.
News24.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, eskalasiya başlayandan bəri 3427 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Ölənlər arasında 120-dən çox uşaq və 80-ə yaxın qadının olduğu bildirilib.
Məlumata əsasən, müharibə zonalarından didərgin düşən mülki şəxslərin sayı artıq 1 milyonu keçib. Hazırda İsrail hərbi hava qüvvələri Livanın cənub və şərq bölgələri ilə yanaşı, paytaxt Beyrutun bəzi məhəllələrinə də zərbələr endirməkdə davam edir.