İsrailin qadın əsgərlərinin paylaşımları gündəm oldu - Foto
Dünya
İranla gərginliyin davam etdiyi bir vaxtda və Livanda quru əməliyyatına başlayan İsrail ordusunun qadın hərbçilərinin sosial şəbəkələrdə paylaşdıqları görüntülər müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, yayılan fotolarda bəzi qadın əsgərlərin qeyri-adi pozalar verməsi istifadəçilərin diqqətini çəkib. Paylaşımlar sosial media istifadəçiləri tərəfindən tənqid olunub. Bəzi izləyicilər bunun hərbi intizam və ciddiliklə uyğun gəlmədiyini bildiriblər. Digərləri isə bu paylaşımları ironik şərhlərlə qarşılayıblar.
Qısa müddətdə yayılan görüntülər geniş müzakirə mövzusuna çevrilib. Məsələ ilə bağlı rəsmi açıqlama isə hələ verilməyib. (haberler.com)