İsrailli əsirlərin ailələrindən - MÜRACİƏT

İsrailli əsirlərin ailələrindən - MÜRACİƏT Dünya

İsrailli məhbusların ailələri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns, Misir Kəşfiyyat İdarəsinin direktoru Abbas Kamil və Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Taniyə məktub göndəriblər.

News24.az bu barədə Walla News-a istinadən xəbər verir.

Məktublarda ailələr vasitəçilərin müharibəni sona çatdırmaq üçün göstərdikləri səyləri və əsir qohumlarının geri qaytarılması üçün lazımi addımları dəstəklədiklərini vurğulayaraq, “Atəşkəs razılaşmasına və əsirlərin azad edilməsinə dəstək verən İsrail vətəndaşlarının əksəriyyəti adından, davam edən vasitəçilik səyləriniz və müqaviləni mümkün qədər tez bağlamaq qərarlığınıza görə sizə təşəkkür edirik", - yazıblar.

Son sorğuların və ümummilli nümayişlərin İsrail xalqının əksəriyyətinin məhbus mübadiləsi razılaşmasını dəstəklədiyini göstərdiyinə diqqət çəkən ailələr vasitəçilərin səylərinin nəticə verə biləcəyinə inandıqlarını qeyd ediblər.

Xatırladaq ki, Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə İsrail və HƏMAS arasında avqustun 15-16-da Qətərin paytaxtı Dohada danışıqlar aparılıb.

Məryəm İlhamqızı