İsrailli nazirdən qalmaqallı açıqlama
Dünya
İsrail Ordusu Radiosuna danışan Ben-Qvir iddia edib ki, mövcud siyasət yəhudilərə Məscidül-Əqsada "ibadət etməyə" imkan verir.
News24.az NTV-yə istinadən xəbər verir ki, "Əl-Əqsa məscidində sinaqoq tikərdinizmi?" sualına Ben-Qvir “Bəli” cavabını verib.
İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Ben-Qvirin açıqlamalarından sonra verdiyi yazılı açıqlamada Məscidül-Əqsadakı status-kvonun dəyişmədiyini müdafiə edib.
Qeyd edək ki, Daxili İşlər Naziri Moşe Arbel Ben-Qvirin açıqlamalarına reaksiya verib və baş nazir Benyamin Netanyahunu "ifrat sağçı nazirə xəbərdarlıq etməyə" çağırıb.
Arbel bildirib ki, Ben-Qvirin açıqlamaları “qan tökülməsinə” səbəb ola bilər.
Günel Məlikzadə