İsrailli nazirin qızı evində ölü tapıldı

İsrailli nazirin qızı evində ölü tapıldı Dünya

İsrail Məskunlaşma və Milli Missiyalar naziri Orit Strokun qızı Şoşana Strok evində ölü tapılıb.

News24.az xəbər verir ki, “Jerusalem Post” qəzetinin məlumatına görə, polis onun ölüm səbəbini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.

Nazir Orit Strok sosial şəbəkə hesabında yaydığı açıqlamada 34 yaşlı qızının vəfat etdiyini bildirib. O, Şoşana Strokun ölümünü dərin kədərlə qarşıladığını qeyd edib.

Məlumata görə, Şoşana Strok ötən il cinsi istismara məruz qaldığı iddiası ilə polisə müraciət etmişdi. Bildirilir ki, o, sosial media hesablarında anası, atası və qardaşı tərəfindən cinsi zorakılığa məruz qaldığını iddia edib.

Hazırda hadisənin detalları və ölümün səbəbi ilə bağlı araşdırma aparılır.