İstanbul danışıqları: Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi
Dünya
Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlar çərçivəsində daha bir əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.
News24.az xəbər verir ki, bu barədə Kremlin danışıqlar qrupunun rəhbəri Vladimir Medinski məlumat verib.
O bildirib ki, Moskva 1000-dən çox ukraynalı hərbçinin qalıqlarını Kiyevə təhvil verib. Ukrayna tərəfi isə təxminən 30-a yaxın rus əsgərinin qalıqlarını geri qaytarıb.
Mübadilə faktını Ukrayna qurumları da təsdiqləyib və şəxsiyyətin müəyyənləşdirilməsi, eləcə də qalıqların ailələrə təhvil verilməsi prosesinə başlanıldığını açıqlayıb.