İstanbulda çökən binada ölənlərin sayı artdı

İstanbulda çökən binada ölənlərin sayı artdı Dünya

İstanbulun Maltepe rayonunda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı beş nəfərə çatıb.

News24.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, dağıntılar altından 14 nəfər çıxarılıb, onlardan beşi həyatını itirib.

Hadisə yerində axtarış-xilasetmə işləri dayandırılıb.

İnsidentdən sonra yaxınlıqdakı üç binanın sakinləri, eləcə də hadisə yerinin ətrafında olan 55 nəfər təxliyə edilib.

Qeyd edək ki, oktyabrın 8-də İstanbulun Maltepe rayonunda çoxmərtəbəli yaşayış binası uçub.

Binanın aşağıdakı iki mərtəbəsi çöküb, nəticədə həmin mərtəbələrdə olan insanlar dağıntılar altında qalıblar. Yuxarı mərtəbələrdəki sakinlər də binada köməksiz vəziyyətdə qalıblar.

İstanbul prokurorluğunun qərarı ilə binanın layihəsini hazırlayan memar və tikinti rəhbəri saxlanılıb.