İstanbulda gəmi batıb

İstanbulda gəmi batıb Dünya
Türkiyənin İstanbul şəhərinin Fatih rayonunda Yenikapı sahilində tur gəmisi batıb.
 
News24.az “Haber Global”a istinadən xəbər verir ki, gəmidə olan 3 nəfər öz imkanları ilə sahilə çıxa bilib.

Yenikapıda lövbər salan tur gəmisi naməlum səbəbdən batıb.

Bir hissəsi batmış gəminin hələ də eyni vəziyyətdə suda olduğu bildirilir.