İstanbulda İsrail konsulluğuna hücum: Saxlanılanların sayı 10-a çatdı
Dünya
Ötən gün İstanbulun Beşiktaş rayonunda İsrail konsulluğuna edilən hücumla bağlı saxlanılanların sayı artıb.
News24.az xəbər verir ki, silahlı hücum nəticəsində 2 polis əməkdaşı yüngül yaralanıb. Hücumçulardan biri hadisə yerində zərərsizləşdirilib, digər 2 nəfər isə yaralı halda saxlanılıb.
Türkiyənin Daxili İşlər Nazirliyi hücum edənlərin İzmit şəhərindən kirayə avtomobillə gəldiyini və DEAŞ terror təşkilatı ilə əlaqəli olduqlarını açıqlayıb. İstintaqın son məlumatına görə, hadisə ilə bağlı saxlanılan şübhəlilərin sayı 10 nəfərə çatıb. /Türkiye gazetesi