İstanbulda şir həyəcanı: Sakinlərə evdən çıxmamaq haqda xəbərdarlıq edildi
Dünya
İstanbulun Sarıyer rayonunda şəhərdə şir görüntülənib.
News24.az xəbər verir ki, təhlükəsizlik kameralarında qeydə alınan görüntülərdən sonra əraziyə polis və Milli Parklar İdarəsinin əməkdaşları cəlb olunub.
Termal kameralar və dronlardan istifadə edən qruplar heyvanın yerini müəyyən ediblər. Onun diri tutulması üçün əməliyyat davam edir.
Səlahiyyətlilər sakinlərə təhlükəsizlik məqsədilə evlərindən çıxmamaq barədə xəbərdarlıq ediblər. Şirin şəhərə haradan gəldiyi isə hələlik məlum deyil.