İstanbulda şok hadisə: Katibəni videoya çəkib şantaj etdi
Dünya
İstanbulda katibə investisiya və intim şantajı ilə bağlı şikayət edib.
News24.az-ın məlumatına görə, İstanbul məhkəmə binasında katibə işləyən qadın sosial mediada tanış olduğu Halil Kızmaz adlı şəxsin onu investisiya vədləri ilə aldadaraq 232 min TL pul almasını və gizli çəkilmiş intim görüntülərlə şantaj etməsini bildirib.
Qadının sözlərinə görə, təxminən iki il əvvəl “Kənan” adı ilə tanış olduğu Kızmaz xarici investisiya platformaları vasitəsilə yüksək gəlir vəd edərək ondan hissə-hissə, ümumilikdə 232 min TL pul alıb.
Daha sonra Kızmazın məhkəmə binasının bir otağında birlikdə keçirdikləri intim anları mobil telefonu ilə gizlicə qeydə aldığı qeyd olunur. Qadın pulunu geri ala bilməyincə Kızmazı fırıldaqçılıqda ittiham edib.
Hadisədən sonra şübhəli qadına mesajlarda “şikayəti geri çəkməsə, görüntüləri ailəsinə və dostlarına yayacağı” ilə hədələdiyi bildirilib.
İstanbul prokurorluğunda hadisə ilə bağlı araşdırma davam edir.