İstanbulda torpaq sürüşməsi: dağıntılar altında qalanlar var

İstanbulda torpaq sürüşməsi: dağıntılar altında qalanlar var Dünya

İstanbulun Böyükçekmece rayonunda yerləşən Mimar Sinan sahilində torpaq sürüşməsi baş verib.

News24.az xəbər verir ki, sahillə binalar arasında yerləşən torpaq qatının çökməsi nəticəsində sürüşən torpaq sahil yolunun bir hissəsini bağlayıb.

Hadisə zamanı ərazidə olan sakinlər arasında təşviş yaranıb. Məlumat daxil olduqdan sonra hadisə yerinə polis, təcili tibbi yardım və çoxsaylı yanğınsöndürmə briqadaları göndərilib.

Torpaq altında insanların qala biləcəyi ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə qrupları ərazidə əməliyyata başlayıblar.

Hazırda hadisə yerində axtarış və araşdırma işləri davam etdirilir.