İstanbulla bağlı gözlənilməz proqnoz: Rəsmi qurum açıqladı

İstanbulla bağlı gözlənilməz proqnoz: Rəsmi qurum açıqladı Dünya

İstanbulu su ilə təmin edən bəndlərdə doluluq səviyyəsi azalmağa davam edir.

News24.az xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi məlumat yayıb. Belə ki, aprelin 15-də 82,22 faizə çatan ümumi su ehtiyatı hazırda 17,83 faiz səviyyəsinə enib.

İstanbulun bənd və su anbarlarının ümumi saxlama tutumu 868 milyon 683 min kubmetrdir. Hazırda mövcud su ehtiyatının həcmi 154,7 milyon kubmetr olaraq qeydə alınıb. Bu il bəndlərə düşən yağıntının miqdarı isə hər kvadrat metrə 573,4 kiloqram olub.

Bəndlərdən əlavə bu il Melen çayından 439,14 milyon kubmetr, Yeşilçaydan isə 91,49 milyon kubmetr olmaqla, ümumilikdə 530,63 milyon kubmetr su şəhərə ötürülüb. Dünən İstanbulda 3 milyon 3 min kubmetr su istehlak edilib. Verilən suyun 2 milyon 363 min kubmetri tənzimləyicilərdən, 640 min kubmetri isə bəndlərdən təmin olunub.