İstanbulun suya batmış adası yenidən xəritədə göründü
Dünya
İstanbulun min il əvvəl zəlzələ nəticəsində suya batdığı bilinən Vordonisi adası yenidən xəritədə seçilməyə başlayıb.
News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, peyk və "Yandex" xəritələrinin son görüntülərində adanın suyun altında qalan qayalıq quruluşu aydın görünür.
Maltepe sahilindən təxminən 1 km aralıda yerləşən ada Bizans dövründə iki hissədən ibarət olub və üzərində monastır kompleksi mövcud olub. 1010-cu illərdə baş vermiş böyük İstanbul zəlzələsi nəticəsində adanın suya batdığı qeyd edilir.
Son peyk görüntülərində adanın iki hissəli silueti və ətrafındakı zonalar yenidən aydın seçilir. Bu görüntülər mütəxəssislər və tarixçilərin marağına səbəb olub. Mütəxəssislər bölgənin sualtı irs kimi qorunmasının vacibliyini və yeni elmi araşdırmalar üçün mühüm imkan yaratdığını bildirirlər.