İtaliya bu təşəbbüsdən geri çəkildi, 20 ölkənin olduğu proqramdan çıxdı
Dünya
İtaliya ABŞ silahlarının Ukrayna üçün alınmasını nəzərdə tutan “PURL” proqramında iştirakını dayandırıb.
News24.az xəbər verir ki, bu barədə “Bloomberg” İtaliyanın xarici işlər naziri Antonio Tayaniyə istinadla məlumat yayıb.
“Danışıqlar davam etdiyi müddətdə İtaliyanın “PURL” proqramına qoşulması vaxtsızdır. Əgər razılaşma əldə etsək və döyüşlər dayansa, silaha ehtiyac qalmayacaq… O zaman başqa şeylər lazım olacaq – məsələn, təhlükəsizlik təminatları”, – deyə o, Brüsseldə jurnalistlərə bildirib.
Qeyd edək ki, “PURL” ABŞ və NATO-nun birgə mexanizmidir və müttəfiqlərə Ukrayna üçün Amerika istehsalı silahların alınmasını kollektiv şəkildə maliyyələşdirməyə imkan verir. Artıq bu təşəbbüsə 20-yə yaxın ölkə qoşulub.