İtaliya İsraillə sazişi dayandırır
Dünya
İtaliya İsrail ilə müdafiə sahəsindəki sazişi dayandırır.
News24.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ciorcia Meloni açıqlama verib.
“Yaranmış vəziyyəti nəzərə alaraq hökumət İsraillə müdafiə sazişinin avtomatik uzadılmasını dayandırmaq qərarı verib”, — deyə o bildirib.
Qeyd olunub ki, saziş 2005-ci ildə imzalanıb və hər beş ildən bir avtomatik uzadılmalıdır.
Sazişin dayandırılması İtaliyanın Müdafiə naziri Gvido Krozeto tərəfindən israilli həmkarı İsrael Katza göndərilən rəsmi məktubla rəsmiləşdirilib. / Corriere della Sera/