İtaliyada XXV Qış Olimpiya Oyunları başladı – Yeniləndi

İtaliyada XXV Qış Olimpiya Oyunları başladı – Yeniləndi Dünya

İtaliyada təşkil olunan Milan–Kortina 2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində məşhur italyan opera müğənnisi Andrea Boçelli vədünya şöhrətli ulduz Meraya Keri çıxış ediblər.

News24.az xəbər verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı baş tutub.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasim zamanı dövlət bayrağımızı dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıblar.

Tamaşaçılar önündən Olimpiya Oyunlarının vətəni olan Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.

Xatırladaq ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də Veronanın məşhur amfiteatrında keçiriləcək bağlanış mərasimi ilə yekun vurulacaq.

**

İtaliyada XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi start götürüb. Mərasim Milan şəhərindəki “San-Siro” stadionunda keçirilib.

News24.az xəbər verir ki, oyunlar 6-22 fevral tarixlərində Milan və Kortina-d’Ampetsso şəhərlərində təşkil olunacaq. Atletlər 8 idman növündə, 16 fərdi disiplin üzrə mübarizə aparacaq ki, bu da 2022-ci ilin Pekin Qış Olimpiadasından 7 disiplin çoxdur.

Olimpiadada 92 Milli Olimpiya Komitəsindən təxminən 2 900 idmançı iştirak edəcək. Bundan əlavə, neytral status altında çıxış edən Rusiya və Belarus idmançıları da iştirak edəcək.

İtaliyada XXV Qış Olimpiya Oyunları başladı – Yeniləndi İtaliyada XXV Qış Olimpiya Oyunları başladı – Yeniləndi