İtaliyada paraşüt tullanışı faciəyə çevrildi: 2 ölü

İtaliyada paraşüt tullanışı faciəyə çevrildi: 2 ölü Dünya

İtaliyanın Fano hava limanı yaxınlığında paraşütlə tullanma zamanı iki nəfər ölüb.

News24.az xəbər verir ki, hadisə təcrübəli paraşütçülərdən ibarət iki cütlüyün tullanışı zamanı baş verib. İlkin məlumatlara görə, paraşütləri havada dolaşaraq təhlükəsiz eniş edə bilməyiblər və cütlüklər təxminən 50 metr hündürlükdən düşüblər.

İtaliya polisləri qəzanın səbəblərini araşdırır.