İtini gəzdirən qadın küçədə dəhşət yaşadı
Dünya
Braziliyanın Kuyaba şəhərində baş verən dəhşətli hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
News24.az xəbər verir ki, səkidə gəzən 21 yaşlı qadının üzərinə basdığı kanalizasiya quyusunun qapağı qəfildən qırılıb və o, bir neçə metr dərinliyə düşüb.
Kadrlarda gənc qadının yol ilə hərəkət etdiyi anda beton qapağın ikiyə bölündüyü və onun saniyələr içində kanalizasiya quyusuna düşdüyü görünür. Hadisəni görənlər dərhal köməyə qaçıblar.
Qadın təcili xəstəxanaya çatdırılıb. Onun bədənin müxtəlif nahiyələrindən xəsarət aldığı, həmçinin dişlərinin sındığı məlum olub.