İtkin düşən turistləri axtaran helikopter qəzaya uğradı - Ölən və yaralananlar var

İtkin düşən turistləri axtaran helikopter qəzaya uğradı - Ölən və yaralananlar var Dünya

Rusiyalı turistləri xilas etmək üçün dağlıq əraziyə uçan Tacikistan sərhəd xidmətinin xilasetmə helikopteri qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hadisə nəticəsində pilot ölüb, helikopterdə olan digər 4 nəfər isə yaralanıb. 

Məlumatlara görə, helikopter Tacikistanın Dağlıq Bədəxşan muxtar vilayətinin Vanç rayonunun Poimazor dərəsindəki buzlaqa qalxdıqları zaman əlaqələri kəsdiklən Moskvadan olan 7 turisti ərazidən çıxmaq üçün havaya qalxıb.