İyunun 1-dən avtomobildə bu ləvazimat olmayanlar - CƏRİMƏLƏNƏCƏK

İyunun 1-dən avtomobildə bu ləvazimat olmayanlar - CƏRİMƏLƏNƏCƏK Dünya

İyunun 1-dən etibarən ABŞ-nin bəzi ştatlarında, xüsusilə Şimali Karolinada avtomobillərdə ağ dəsmal gəzdirmək məcburi olacaq. 

News24.az xəbər verir ki, bu qərar sürücülər arasında illərdir mövcud olan, lakin indi rəsmi qaydaya çevrilən bir praktikanın davamıdır. Ağ dəsmal avtomobilin yan güzgüsünə asıldıqda, bu, sürücünün problemi olduğunu, lakin yardımın artıq yolda olduğunu bildirən qeyri-rəsmi siqnaldır.

Ağ dəsmalın seçilməsi təsadüfi deyil – o, həm gecə, həm də gündüz yaxşı görünür, digər siqnallarla qarışmır və yanlış həyəcan yaratmır. Mobil telefonların və evakuator xidmətlərinin mövcudluğuna baxmayaraq, bu sadə üsul digər sürücülərə və xidmət orqanlarına avtomobilin tərk edilmədiyini göstərir və lazımsız müdaxilələrin qarşısını alır.

Yeni qaydaya əsasən, hər bir sürücü avtomobilində ağ dəsmal gəzdirməli və nasazlıq zamanı onu görünən yerə asmalıdır. 

Aqil