Marseldə atışma: ölən və yaralananlar var
Dünya
Fransanın cənubundakı Marsel şəhərində atışma nəticəsində ən azı bir nəfər ölüb və dörd nəfər yaralanıb.
News24.az xəbər verir ki, bu barədə yerli polisdəki mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.
Atışma avqustun 29-dan 30-na keçən gecə baş verib. İlkin məlumatlara görə, münaqişənin səbəbi narkotik ticarəti ola bilər.
20 yaşlı kişi ölüb. Yaşları 18-dən 23-dək olan daha üç kişi ağır odlu silah yaraları ilə xəstəxanaya yerləşdirilib.