İjevsk məktəbində ölənlərin sayı 15 nəfərə çatdı

İjevsk məktəbində ölənlərin sayı 15 nəfərə çatdı Dünya
Rusiyanın İjevsk şəhərindəki məktəbdə qətliam nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

News24.az xəbər verir ki, sentyabrın 26-da səhər Udmurtiya Respublikasının İjevsk şəhərindəki 88 saylı məktəbdə 34 yaşlı yerli sakin Artyom Kazantsevin törətdiyi qətliam nəticəsində 15 nəfər, o cümlədən 11 uşaq həlak olub. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb. Onların 22 nəfəri uşaqdır.