Kadırov: - Səhhətim yaxşıdır

Kadırov: - Səhhətim yaxşıdır Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhətində olan problemlər barədə şayiələrə münasibət bildirib.

News24.az xəbər verir ki, gəzinti zamanı Kadırov “VKontakte” sosial şəbəkəsində canlı yayım edib. 

Daha sonra o, izləyicilərdən birinin səhhəti ilə bağlı sualını cavablandıraraq, yaxşı olduğunu qeyd edib.

"Həkimlər deyirlər ki, mənim bədənim cavan oğlana bənzəyir", - Kadırov sosial şəbəkədə canlı yayımda deyib.

Çeçenistan rəhbəri deyib ki, səhhətindəki problemlər barədə söhbətlər o, “bir az kökəldiyi” və ya “bir az arıqladığı” zaman gedir. 

Bununla əlaqədar, Çeçenistan Respublikasının başçısı izləyiciləri arasında sorğu təşkil etməyi təklif edib ki, tamaşaçılar neçə kiloqram olmağını məsləhət görsünlər.

Məryəm İlhamqızı