Kafedə partlayış oldu, 6 nəfər öldü – Bu ölkədə
Dünya
Qazaxıstanın Şuçinsk şəhərində kafedə baş verən qaz partlayışı nəticəsində 6 nəfər həyatını itirib, daha 20-yə yaxın şəxs xəsarət alıb.
News24.az xəbər verir ki, bu barədə Akmola vilayətinin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Məlumata görə, insident beşmərtəbəli yaşayış binasına bitişik yerləşən birmərtəbəli kafedə qeydə alınıb. Partlayış nəticəsində bina və ətraf ərazilərə ciddi ziyan dəyib.
Hazırda açıq alov tamamilə söndürülüb. Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə və söküntü işlərini davam etdirirlər.
Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.