Qazaxıstanda kafedə dəhşətli partlayış: Çox sayda ölən var - Yeniləndi - Video

Qazaxıstanda kafedə dəhşətli partlayış: Çox sayda ölən var - Yeniləndi - Video Dünya

Qazaxıstanda kafedə güclü partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində yeddi nəfər həlak olub, daha 13 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə,hadisəyə səbəb qaz balonunun partlaması olub. / RT


Qazaxıstanın Akmola vilayətinin Şuçinsk şəhərində yerləşən kafedəki partlayışda xəsarət alanların sayı artıb.

News24.az xəbər verir ki, partlayış nəticəsində xəsarət alanların sayı 28 nəfərə çatıb.

Məlumata görə, 28 zərərçəkəndən 15-i mətbəx və zal əməkdaşları, 13-ü isə müştərilərdir. Həlak olan yeddi nəfərdən beşi kafe əməkdaşıdır, 16 yaşlı qız isə orada işləyən anası ilə birlikdə olub. /Zakon.kz