Kalaşnikovdan dəhliz açıqlaması: - "Sərfəlidir, istifadə etməliyik"

Kalaşnikovdan dəhliz açıqlaması: - "Sərfəlidir, istifadə etməliyik" Dünya

“İndi mənə elə gəlir ki, Ermənistan və Azərbaycan həqiqətən də sülh sazişi imzalamağın bir addım yaxınlığındadır”.

News24.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

“Baş verən və sonda indiki vəziyyətə gətirib çıxaran hadisələr düzgün inkişaf edirdi.  Mən Qarabağ məsələsi üzrə Minsk təmas qrupuna heç vaxt inanmamışam, burada bizdən başqa ABŞ və Fransa da həmsədrdir. Hansı ki, onlar əl də vermədilər”, - deyə o qeyd edib.

Kalaşnikov dəhlizdən də söhbət açıb.

“Biz bundan maksimum istifadə etməliyik. Bu, Azərbaycan və Türkiyə ilə qonşuluğa da aiddir. Sülh müqaviləsi əlbəttə ki, yaxşıdır. Qərar versinlər. İqtisadi baxımdan, o cümlədən qonşular üçün sərfəli dəhlizlər düşünməyə və yaratmağa dəyər. Bu isə Rusiya üçün sərfəlidir, çünki biz onların vasitəsilə cənuba dəhliz aça, Gürcüstanla razılığa gələ bilərik. Sonda, fikrimcə, vəziyyət kifayət qədər əlverişlidir”, - o bildirib.

Ayşən