Kamçatkada yenə güclü zəlzələ oldu

Kamçatkada yenə güclü zəlzələ oldu Dünya

Rusiyanın Kamçatka yarımadasının şərq sahilində 5,8 maqnitudalı zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ 24 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, 2025-ci ilin iyulun29-da Rusiyanın Kamçatka yarımadasında 8,8 bal gücündə zəlzələ baş verib.

8,8 ballıq təkanlardan sonra bölgədə çoxsaylı zəlzələlər müşahidə olunub.