Kanadada dəhşətli olay: ayı məktəblilərə hücum etdi
Dünya
Kanadanın Britaniya Kolumbiyası əyalətində məktəbli qrupuna ayı hücum edib. Hadisə nəticəsində üç uşaq və bir nəfər böyük ağır yaralanıb.
News24.az xəbər verir ki, hadisə Bella Kula şəhərində baş verib.
Rəsmilər bildirir ki, ayının axtarışlarının gecə boyu davam etməsinə baxmayaraq, onu hələ ələ keçirmək mümkün olmayıb. Sakinlərə ayı tapılana qədər evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Məlumata görə, məktəbli və müəllimlərin çay yaxınlığında yerləşən cığırda dayanarkən ayı qəfil meşədən çıxaraq onlara hücum edib.
Xəsarət alanlardan iki nəfərin vəziyyətinin kritik, digər iki nəfərin isə ağır olduğu bildirilir. Daha yeddi nəfərə yerində yardım göstərilib və onların xəstəxanaya aparılmasına ehtiyac olmayıb.