Kapadokyada reaksiya çəkən görüntü
Dünya
Nevşehirin Göreme qəsəbəsindəki Güllüdərə vadisində fotoşəkil çəkdirən Kapadokya Fotoqrafları Dərnəyinin üzvləri oyulmuş tikilinin içərisində reklam çəkilişinə hazırlaşanların kimyəvi tərkibli yapışdırıcılarla divarlara liflər yapışdırdıqlarını görüblər.
News24.az xəbər verir ki, polis qrupları vəziyyətə reaksiya göstərən dərnək üzvlərinin xəbəri sonra bölgəyə gəlib.
Reklam şirkətinin apardığı iş dayandırılıb.
Kapadokya Bölgə Başçılığı tərəfindən edilən yazılı açıqlamada, tikilinin divarlarına kimyəvi maddələrdən istifadə edərək lif yapışdırdığı aşkarlanan firmanın cərimələndiyi və lazımi hüquqi əməliyyatlara başlanıldığı bildirilib.
Açıqlamada sahə üzrə ekspert qrupları tərəfindən lazımi təmizlik işlərinin aparıldığı bildirilib və aşağıdakılar qeyd edilib:
"Sözügedən ərazi bu gün səhər saatlarında Kapadokya Bölgəsi Müdirliyi və Nevşehir Bərpa və Qoruma Regional Laboratoriya Müdirliyi qrupları tərəfindən təmizləndi. Quruluşa ziyan vuran şirkətə təxminən 2 milyon TL cərimə kəsilərkən, şirkət səlahiyyətliləri haqqında qanuni əməliyyat başladıldı. UNESCO-nun Dünya İrs Siyahısında yer alan bu dəyərli ərazi "Göreme vadisinin bu cür mənfi hərəkətlərdən qorunması üçün bütün lazımi tədbirlər görülüb və onun bu cür mənfi hərəkətlərdən qorunması və gələcək nəsillərə ötürülməsi üçün bütün lazımi işlər görüləcək."
Məryəm İlhamqızı