Keçmiş baş nazirin qızı - yeni lider oldu
Dünya
Taylandın Konstitusiya Məhkəməsi bu yaxınlarda baş nazir Srettha Thavisini qəfil qərarla vəzifəsindən azad edib.
News24.az xəbər verir ki, qərardan sonra Tayland parlamentində bu gün səhər saatlarında keçirilən səsvermə nəticəsində hakim və koalisiya partiyaları tərəfindən yeni namizəd kimi irəli sürülən 37 yaşlı Paetongtarn Thavisin baş nazir seçilib.
Taylandda uzun müddət davam edən siyasi qarışıqlıq və baş nazirlik böhranının sonunda ölkənin keçmiş baş naziri Thaksin Shinawatranın qızı Paetongtarn Shinawatra ölkənin 31-ci baş naziri olub.
Qeyd edək ki, Taylandın siyasi tarixində mühüm yeri olan Şinavatra ailəsində atası və bibisindən sonra baş nazir olan üçüncü şəxs olan Paetongtarn həm də Taylandın ən gənc seçilmiş baş naziri olacaq.
Günel Məlikzadə