Keçmiş prezident Barak Obama Harrisi - DƏSTƏKLƏDİ

Keçmiş prezident Barak Obama Harrisi - DƏSTƏKLƏDİ Dünya

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ABŞ prezident seçkilərində Kamala Harrisin namizədliyini dəstəkləyiblər.

News24.az xəbər verir ki, keçmiş prezidentin həyat yoldaşı X sosial şəbəkəsindəki səhifəsində yazıb: “Barak və mən onu namizəd kimi dəstəkləməkdən çox şadıq..."

Xatırladaq ki, iyulun 21-də ABŞ lideri Co Bayden Demokratlar Partiyasından prezidentliyə namizəd kimi Harrisin namizədliyini dəstəkləyərək, prezidentlik yarışından geri çəkilmək qərarını açıqlayıb.

Məryəm İlhamqızı