Keçmiş arvadını öldürüb hissələrə böldü - Məhkəmə ağır cəza verdi

Keçmiş arvadını öldürüb hissələrə böldü - Məhkəmə ağır cəza verdi Dünya

İsveçrədə keçmiş gözəllik kraliçası Kristina Yoksimoviçin qətli ölkədə böyük rezonans doğurub.

News24.az xəbər verir ki, gənc qadını öldürərək cəsədini hissələrə ayıran və blenderdən keçirən həyat yoldaşı Mark Riben məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Məhkəmə onun hərəkətlərini “qeyri-insani", "vəhşilik” kimi qiymətləndirib.

“The Sun” nəşrinin yaydığı məlumata görə, istintaq zamanı Mark Ribenin qətldən əvvəl insan anatomiyası ilə bağlı videolar izlədiyi və cəsədin necə parçalanacağı barədə araşdırmalar apardığı müəyyən olunub. Prokurorluq onun cinayəti planlı şəkildə həyata keçirdiyini bildirib.

İstintaq materiallarında qeyd olunur ki, Riben cəsədi parçalamaq üçün mişar, bıçaq və bağ qayçısından istifadə edib. Bəzi bədən hissələrinin sənaye tipli blenderdə üyüdüldüyü, daha sonra isə kimyəvi maddələrlə məhv edilməsinə cəhd göstərildiyi açıqlanıb. Bildirilir ki, hadisədən sonra təxminən 10 litr ağardıcı maddədən istifadə olunub.

Mark Riben müdafiəsində həyat yoldaşının ona bıçaqla hücum etdiyini və “özünümüdafiə” məqsədilə hərəkət etdiyini iddia etsə də, məhkəmə-tibbi ekspertiza bu versiyanı təsdiqləməyib. Hesabatda Kristina Yoksimoviçin hücum etdiyinə dair heç bir sübutun olmadığı vurğulanıb.