Keçmiş ər dəhşət saçdı
Dünya
Keçmiş həyat yoldaşı ilə münasibətlərini bərpa edə bilməyən kişi onu avtomobillə vurub.
News24.az xəbər verir ki, hadisə Cənubi Afrika Respublikanın paytaxtı Keyptaunda baş verib.
Polisin verdiyi məlumata görə, qızılı rəngli avtomobilin sürücüsü 40 yaşlı qadını vurub, daha sonra geri hərəkət edərək onu yenidən əzib.
Belə ki, avtomobilin sükanı arxasında zərərçəkənin keçmiş həyat yoldaşı olub.
Mənbələrin bildirdiyinə görə, həmin gün kişi keçmiş həyat yoldaşını yeni sevgilisi ilə görüb. Qadının evindən bir neçə metr aralıda hadisəni törədən şübhəli daha sonra könüllü şəkildə polisə təslim olub.
Yerli sakinlərin sözlərinə görə, faciədən az əvvəl qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Buna səbəb isə keçmiş həyat yoldaşının ona silah tuşlaması olub.
Daha sonra o, girov qarşılığında azadlığa buraxılıb və bu hadisəni törədib.
Hadisəni törədən şəxs saxlanılıb. Məsələ ilə bağlı cinayət işi açılıb və hadisənin detalları araşdırılır. (Cape Times)