Keti Perri görün hara səyahət edəcək

Keti Perri görün hara səyahət edəcək Dünya

Ceff Bezosa məxsus "Blue Origin" şirkəti amerikalı müğənni Keti Perrinin kosmosa səyahət edəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, NS-31 missiyası çərçivəsində təxminən 10 dəqiqəlik kosmos səyahəti baş tutacaq.

Perri ilə yanaşı Bezosun nişanlısı Lauren Sançez, jurnalist Qeyl Kinq, NASA-nın keçmiş raket alimi Aisha Bowe, alim Amanda Nguyen və film prodüseri Kerianne Flynn də iştirak edəcək.

Qeyd edək ki, "New Shepard" raketinin göyərtəsində insan tərəfindən 11-ci kosmik uçuşu olacaq. Raket indiyədək kosmosa 52 nəfər aparıb.

Ağa Dadaşzadə