KİV: ABŞ İranda bu hədəfləri vuracaq - Siyahı hazırlandı
Dünya
Pentaqon İranla bağlı mümkün yeni zərbələr üçün hədəflər siyahısı hazırlayıb.
News24.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, plan çərçivəsində enerji obyektləri və infrastrukturun dəqiq zərbələrlə vurulması nəzərdən keçirilir.
Məlumata görə, Donald Tramp Çindən qayıtdıqdan sonra Virciniyadakı qolf klubunda İranla bağlı vəziyyəti müzakirə etmək üçün əsas vəzifəli şəxslərlə görüş keçirib.
Toplantıda vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff və xüsusi nümayəndə Stiv Uitkoff iştirak ediblər.