Kiyev meri sakinləri paytaxtı dərhal tərk etməyə çağırdı
Dünya
Kiyev Rusiya hərbi zərbələri səbəbindən humanitar fəlakət həddinə çatıb.
News24.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Britaniyanın “The Times” qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya raketləri Kiyevdəki istilik elektrik stansiyalarından birinə düşüb.
“Kommunal xidmətlər, əsasən də istilik, su təchizatı həmçinin elektrik enerjisi ilə bağlı vəziyyət kritikdir. Hazırda 5600 yaşayış binası istiliksiz qalıb”, — deyə Kliçko əlavə edib.
Mer imkan daxilində sakinləri paytaxtı dərhal tərk etməyə çağırıb.