Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar

Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Dünya

Kiyevdəki “Sarsılmazlıq məntəqələri”ni 15 mindən çox sakin ziyarət edib. Bu məntəqələr Rusiya zərbələri səbəbindən enerji təminatında yaranan çətinliklər zamanı fəaliyyət göstərir.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata görə, sakinlərin rahatlığı üçün mərkəzlərdə daim xilasedicilər, psixoloqlar və kursantlar xidmət göstərir. Uşaqlar üçün isə UNICEF Ukrayna ilə birgə hazırlanan təhlükəsizlik əsasları üzrə tədris materialları ilə əyləncə guşələri təşkil olunub.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski çıxışında Kiyevdəki “Sarsılmazlıq məntəqələri”nin sayının artırılmasının vacibliyini vurğulayıb.

Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar Kiyev sakinləri elektrik kəsintiləri ilə belə mübarizə aparır – Fotolar