Kiyev və Vaşinqtonda arasında gözlənilməz müzakirə: amerikalı hərbçilər Ukraynaya gəlir?

Kiyev və Vaşinqtonda arasında gözlənilməz müzakirə: amerikalı hərbçilər Ukraynaya gəlir? Dünya

Kiyev və Vaşqinton amerikalı hərbçilərin Ukraynada yerləşdirilməsi məsələsini müzakirə edir.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

O qeyd edib ki, ABŞ hərbçilərinin Ukraynaya yerləşdirilməsi məsələsi ABŞ tərəfindən qərarlaşdırılır və müzakirə mövzusudur.

“Bu, ABŞ qoşunlarıdır və qərarı məhz Amerika verir. Biz bunu həm Prezident Trampla, həm də “İstəklilər koalisiyası” ilə müzakirə edirik. Biz bunu istəyirik. Bu, təhlükəsizlik zəmanətlərində güclü mövqe olardı”, – deyə Zelenski vurğulayıb.