"Kiyevi çətin iş gözləyir" – Zelenski

"Kiyevi çətin iş gözləyir" – Zelenski Dünya

“Cenevrədən sonra maddələr artıq 28 deyil və ora çox doğru məqamlar daxil edilib”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi video-müraciəti zamanı danışıb.

O bildirib ki, Kiyievi çətin iş gözləyir:

“Yekun sənədi hazırlamaq üçün hər şeyi layiqincə etmək lazımdır”.

Vladimir Zelenski həmçinin bildirib ki, ən həssas məsələləri şəxsən Tramp ilə müzakirə edəcək. Eyni zamanda Ukraynanın heç zaman sülh yolunda əngəl olmayacağını da diqqətə çatdırıb.

Bundan başqa, Ukrayna XİN-in birinci müavini Sergey Kislitsa “Financial Times”a müsahibəsində deyib ki, Cenevrə danışıqları başlanmadan az qala pozulacaqdı və sanki bir tükdən asılı idi. Amerika tərəfi “sülh planı”nın detallarının mətbuata sızmasından və layihənin açıq müzakirələrindən narazı olub. Kislitsanın sözlərinə görə, yalnız təxminən iki saatlıq danışıqlardan sonra gərginlik azalıb və dialoq konstruktiv məcraya qaytarılıb.