Klassik Balet Teatrının rəhbəri vəfat etdi

Klassik Balet Teatrının rəhbəri vəfat etdi Dünya

Moskva Klassik Balet Teatrının rəhbəri Nataliya Kasatkina Moskvada vəfat edib. 

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yazıb.

Bildirilir ki, RSFSR xalq artistinin 89 yaşı var idi.

Kasatkinanın ölümü ilə bağlı məlumatı onun köməkçisi Valentina Buryanova təsdiqləyib.

Natalia Kasatkina iyirmi il Böyük Teatrda rəqs edib. 

Qeyd edək ki, o 1992-ci ildə Dövlət Klassik Balet Teatrına rəhbərlik edib .

Mehriban Mirzəzadə



Klassik Balet Teatrının rəhbəri vəfat etdi