Kobaxidze sülh sazişindən danışdı
Dünya
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda davamlı sülhə xidmət edəcək. Bu da region ölkələrinin siyasi mövqelərinin gücləndirilməsi üçün son dərəcə önəmlidir”.
News24.az xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze açıqlamasında deyib.
Onun sözlərinə görə, sazişin imzalanması eyni zamanda ölkələrin iqtisadiyyatlarının inkişafına əhəmiyyətli töhfə verəcək.
“Bu sülh sazişini son dərəcə vacib hesab edirəm. Son 35 ildə Gürcüstan regionda sülhün təşviqində çox önəmli rol oynayıb və qonşularımız, Ermənistan və Azərbaycan üçün hələ də çox önəmli rolunu davam etdirir. Gürcüstanın bu ölkələrlə iqtisadi tərəfdaşlığı onların iqtisadi inkişafında həlledici rol oynayır. Məhz buna görə biz iki ölkə arasında sülh sazişinin imzalanmasından çox məmnunuq. Hazırda üç ölkədə də yüksək iqtisadi artım tempi müşahidə olunurr. Bu isə sülh və üç ölkə arasındakı əla əməkdaşlıq sayəsindədir. Buna görə də biz eyni ruhla davam etməliyik. Bu, Gürcüstanın Cənubi Qafqaz regionunun inkişafına dair baxışıdır”, – deyə Kobaxidze qeyd edib.