Kolumbiyada matəm elan olundu

Kolumbiyada matəm elan olundu Dünya

Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə güclü zəlzələnin qurbanlarının xatirəsinə üç günlük matəm elan edilib.

News24.az xəbər verir ki, prezident bununla bağlı müvafiq fərman imzalayıb. Matəm günlərində bütün hökumət binalarında və ölkənin xarici nümayəndəliklərində dövlət bayrağı yarıya endiriləcək.

Zəlzələnin episentri Şoko departamentinin San-Xose-del-Palmar bölgəsində qeydə alınıb. Təbii fəlakət ölkənin qərb hissəsində, o cümlədən Kali, Pereyra, Manizales və digər şəhərlərdə ciddi dağıntılara səbəb olub.

Hazırda xilasetmə və axtarış işləri davam etdirilir. Dağıntılar altında qalan insanların müəyyənləşdirilməsi və xilas edilməsi üçün xüsusi qruplar əraziyə cəlb olunub. Hakimiyyət orqanları zəlzələnin vurduğu ziyanın miqyasını qiymətləndirir və zərərçəkənlərə yardım göstərir.