Kolumbiyadan İsrail - QƏRARI
Dünya
Kolumbiyanın prezidenti Qustavo Petro "X" sosial media platformasında İsrailə kömür ixracını rəsmən qadağan edən fərmanı paylaşıb.
News24.az xəbər verir ki, İsrailin Qəzzaya hücumlarına reaksiya verən Petro, "Fələstinli uşaqları öldürmək üçün Kolumbiya kömüründən bomba hazırlayırlar", - deyə qeyd edib.
İsrailə kömür ixracını qadağan edən fərmanda prezident Petronun, Xarici İşlər Naziri Luis Gilberto Murillonun və Maliyyə, Mədən və Ticarət nazirlərinin imzalarının olduğu görülüb.
Fərmanın rəsmi qəzetdə dərcindən beş gün sonra qüvvəyə minəcəyi paylaşılıb.
Xatırladaq ki, Kolumbiya mayın 3-də Qəzzada Fələstin xalqına qarşı hücumları əsas gətirərək İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.
Məryəm İlhamqızı